Nizami Kino Mərkəzindən “Bakı-2015”lə bağlı xüsusi repertuar

Nizami Kino Mərkəzindən “Bakı-2015”lə bağlı xüsusi repertuar

İyunun 12-dən – 28-dək Nizami Kino Mərkəzinin qapıları "Bakı-2015" İlk Avropa Oyunları ilə bağlı paytaxta gələn qonaqlara açıq olacaq. SİA-nın verdiyi məlumata görə, Kino mərkəz repertuarına xarici dilə tərcümə olunmuş tam metrajlı Milli bədii filmləri və idman mövzusunda qısametrajlı və sənədli filmləri daxil edib.

Milli bədii kinolentlər sırasında olan "Nabat", "Çölçü", "Girov", "Ovsunçu" , "Aktrisa", " İlahi məxluq" , " Hökmdarın taleyi","40-cı qapı","Axınla aşağı", " Dərvişin qeydləri", " Qafqaza qayıdış", " Sahə", " Niyyət", " Buta", sənədli və qısametrajlı filmlər sırasında "Keçmişə qaçış", "Səhra boksçusu" ,"London səhnələri", "Səssiz idman", "Zirvədə həyat", " Oyundankənar ", "Qalib", "Oyun sevgisi", "Slec xokkey", "Valeri Brumel", "Təşəkkür edirəm doktor"," Top həm düşər, həm qalxar", "Həmişə analar günündə", " Çovqan", " Rəqs et" filmləri ingilis dilində subtitrlərlə təqdim olunacaq.

Qeyd edək ki, filmlər iyunun 12-dən 28-dək hər gün saat 17:00-da Nizami Kino Mərkəzin iki zalında pulsuz nümayiş olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə