Heydər Əliyev Sarayında Folklor rəqs festivalı keçirilib. SİA-nın verdiyi məlumata görə, "Dostlar Asimanda görüşür" adlı konsertdə Azərbaycan, Rusiya, İran və Gürcüstanın tanınmış rəqs kollektivləri iştirak ediblər. "Asiman" (Azərbaycan), "Kameliya" (Rusiya), "Nastar Ensemble" (İran) və "Bolneli" (Gürcüstan) rəqs kollektivlərinin ifasında folklor (etnik) rəqslər və rəngarəng çıxışlar olub.
Qeyd edək ki, folklor rəqs festivalını "Asiman" rəqs kollektivi "Mənim Azərbaycanım" çıxışı ilə yekunlaşdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB