“Avropa haqqında düşüncələr”

“Avropa haqqında düşüncələr”

İyunun 10-da Muzey Mərkəzinin incəsənət qalereyasında "Avropa haqqında düşüncələr" mövzusunda sərgi açılacaq. Mərkəzdən SİA-ya verilən məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil olunan sərgidə Azərbaycan rəssamlarının Avropa ölkələrinə həsr olunmuş əsərləri nümayiş olunacaq. Fırça ustalarımızın müxtəlif illərdə çəkdiyi rəsmlərdə onların Avropa ölkələri barədə düşüncələri, Avropanı necə gördükləri öz əksini tapıb.

Qeyd edək ki, sərgi iyunun 15-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə