Mədəniyyət və Turizm Nazirliyi və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında İsmayıllı mədəniyyət və incəsənət günü keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbir iştirakçıları əvvəlcə teatrın foyesində İsmayıllı rayonunun tarixini, xalq sənətkarlığını, kənd təsərrüfatını, yerli məhsullarını, təhsilini, incəsənətini, ədəbiyyatını, mətbəxini əks etdirən geniş sərgi ilə tanış olublar. Qonaqları bu sərgidə Mollaisaqlı kənd tam orta məktəbinin şagirdləri "Yaşa, Azərbaycan" mahnısı ilə salamlayıblar.
Hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, mədəniyyət, incəsənət, elm xadimlərinin iştirak etdikləri tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov layihənin əhəmiyyətindən danışıblar.
Bildirilib ki, İsmayıllının təqdimatı "Bölgələrdən paytaxta" layihəsi çərçivəsində reallaşdırılan altıncı tədbirdir. Hər təqdimat özündən əvvəlkindən daha fərqli, mükəmməl keçirilir. Təsadüfi deyil ki, bu sərgiyə baxarkən insan özünü sanki gözəl təbiətin qoynunda hiss edir. Çünki İsmayıllının adı gələndə ilk növbədə Azərbaycanın təbii gözəllikləri yada düşür. İsmayıllının Basqal kəndinin adı isə YUNESCO kimi nüfuzlu beynəlxalq təşkilatın sənədlərində yer alır. Nazir vətəni Basqal olan Azərbaycan kəlağayı sənətinin YUNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına salınmasında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xüsusi xidmətlərinin olduğunu vurğulayıb.
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin siyasətinin prioritet istiqamətlərindən biri olan multikulturalizm mühitinin qorunub saxlanmasına İsmayıllı rayonu bariz nümunədir. Bu, təqdim edilən sərginin rəngarəngliyində də öz əksini tapır. İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxışında ulu öndər Heydər Əliyevin İsmayıllını "Azərbaycanın mirvarisi" adlandırdığını xatırladıb. Qeyd edib ki, İsmayıllı tarixi keçmişi olan gözəl bir rayondur.
Sonra İsmayıllıdan bəhs edən sənədli film göstərilib.
Tədbir İsmayıllı incəsənət ustalarının konserti ilə davam edib. Musiqi çələngi Heydər Əliyev adına İsmayıllı Mədəniyyət Mərkəzinin "Niyal" instrumental ansamblının müşayiəti ilə təqdim olunub.





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB