İyunun 5-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında fransız bəstəkarı və "L’Amoureux" orkestrinin bədii rəhbəri Pyer Tiloyun "Xocalı -613" əsərinin təqdimatı keçiriləcək. SİA-nın verdiyi məlumata görə, əsər Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri tərəfindən səsləndiriləcək.
Fransada və Avropanın digər ölkələrində artıq bir neçə dəfə ifa olunmuş bu əsərin yaranma tarixi barədə fikirlərini bölüşən Pyer Tiloy bildirib ki, 2001-ci ildə Azərbaycanda ilk dəfə olarkən Xocalı soyqırımı barədə eşidib və çox təsirlənib. O, "Xocalı 613" əsərinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda qətlə yetirilmiş 613 dinc sakinin xatirəsinə həsr olunduğunu qeyd edib. Bəstəkar bu əsərin sülhə və belə faciənin bir daha törədilməməsinə bir çağırış olduğunu vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB