Əbülfəs Qarayev İranın vitse-prezidenti ilə görüşüb

Əbülfəs Qarayev İranın vitse-prezidenti ilə görüşüb

Nazir Əbülfəs Qarayev Xorvatiyanın Rovinj şəhərində keçirilən Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 100-cü sessiyası çərçivəsində İranın vitse-prezidenti, mədəni-irs, turizm və el işləri təşkilatının rəhbəri Masud Sultanifar ilə görüşüb. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən məlumata görə, görüşdə İran-Azərbaycan əlaqələrində mədəni irs və turizm sahələrinin əhəmiyyəti müzakirə edilib. Görüş zamanı mədəni irs sahəsində oxşar elementlərin YUNESKO-ya birgə təklif edilməsi və birgə turizm turlarının təşkil edilməsi təklif edilib.

Həmçinin turizm sahəsində anlaşma memorandumunun yaxın vaxtlarda imzalanması üçün İranın vitse-prezidenti Bakıya dəvət olundu. Nazir Əbülfəs Qarayev yaxın vaxtlarda İranda Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi üçün hazırlıqlara başlanılacağını bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə