Uşaqların iştirakı ilə master klass keçiriləcək

Uşaqların iştirakı ilə master klass keçiriləcək

Dünyanın 40-dan çox ölkəsində əsərləri nümayiş olunmuş "Nikolya" Şokolad Muzeyinin müəllif sərgisi artıq Bakıdadır. SİA-nın verdiyi məlumata görə, ilk həftədən 5000-dən artıq insan müəllif tərəfindən yaradılan şokolad möcüzələrini izləyib.

Şokolatye Nikolya xüsusi olaraq 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar olaraq, çoxuşaqlı ailələr və uşaq evindən olan uşaqların iştirakı ilə 27 may tarixində saat 15:00-da Muzey Mərkəzində master klass keçirəcək. Master klassa həmçinin Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimləri də dəvət olunacaq. Hər bir iştirakçı Şokolatyenin köməkliyi ilə Bakıda I Avropa Oyunlarına həsr olunmuş şokolad martsipandan suvenir hazırlayacaq.

Qeyd edək ki, tədbir Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, "Nikolya" Şokolad Muzeyi və Muzey Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə