Şimal bölgəsinə səfər zamanı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Xızı rayonunda yerləşən görkəmli Azərbaycan şairi rəssamı Mikayıl Müşviqin Xatirə muzeyinə baş çəkib. SİA-nın verdiyi məlumata görə, nazir muzeyin hazırkı vəziyyəti, ekspozisiyaları ilə yaxından maraqlanıb.
Bununla yanaşı, nazirə muzeydə keçirilən tədbirlər haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, şairin xatirəsi bu bölgəyə səfər edən yerli və xarici vətəndaşlar üçün hər zaman əzizdir və Müşfiq ocağını ziyarət heç vaxt azalmır. Müşfiqin xatirəsini yüzlərlə vətəndaş yad edərək Xatirə Muzeyini ziyarət edirlər.
Nazir həmçinin, muzeyin iş şəraiti, əməkdaşların iş prosesi barədə də məlumatlandırılıb. Əbülfəs Qarayev muzeyin ərazisinin genişləndirilməsi, yeni inzibati otaqların tikilməsi üçün tədbirlər planının hazırlanması haqqında tapşırıqlar verib. Eyni zamanda muzeyin ekspozisiyasında olan əsərlərin mühafizəsi ilə bağlı da göstəriş verilib. Həmçinin, şairin irsinin geniş təbliğ olunması ilə bağlı müxtəlif dillərdə çap məhsullarının hazırlanması ilə bağlı tövsiyələr verilib.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB