Türkiyə Respublikasının Gəncədəki baş konsulluğunun sərgi salonunda rəssam Faiq Abdullayevin "Ömrün rənglərlə keçən günləri" adlı fərdi sərgisi keçirilib. 45 rəsm əsərinin nümayiş olunduğu sərgidə rəssamın ailəsi və dostlarına həsr etdiyi əsərlər yer almaqla yanaşı, Gəncənin tarixini əks etdirən nümunələr, o cümlədən digər əl işləri qonaqlara təqdim edilib. Daha sonra Faiq Abdullayev Nuru Paşanın portretini Türkiyənin Gəncədəki Baş konsulu Orhan İşığa hədiyyə edib.
"Bu gün rəssam Faiq Abdullayevin "Ömrün rənglərlə keçən günləri" adındakı rəsm sərgisinə ev sahibliyi etdiyimiz üçün çox şadıq. Faiq bəyi və onun rəsmlərini burada sərgilədiyimizə görə qürür hissi duyuruq" -deyə, Türkiyənin Gəncədəki baş konsulu Orhan İşık bildirib.
Qeyd edək ki, rəssamın fərdi sərgisi 2 həftə davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB