İlqar Əkbərovun fərdi sərgisi açılacaq

İlqar Əkbərovun fərdi sərgisi açılacaq

Mayın 25-də "Yeni Gallery" Bakı İncəsənət Mərkəzində rəssam İlqar Əkbərovun fərdi sərgisi açılacaq. SİA-nın verdiyi məlumata görə, sərgi rəssamın anadan olmasının 55 illiyinə həsr olunacaq və bir həftə davam edəcək.

İlqar Əkbərov 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. O, hazırda Respublika İncəsənət Gimnaziyasının "Təsviri və tətbiqi sənət" şöbəsində pedaqoji fəaliyyətlə məşğuldur.

Qeyd edək ki, rəssamın indiyədək bir neçə fərdi sərgisi keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə