İbrahim İbrahimli ATMU-nun qonağı olub

İbrahim İbrahimli ATMU-nun qonağı olub

Azərbaycan Turizm və Menecment Universitetinin rektoru tarix elmləri doktoru, professor Cəfər Cəfərov bu gün İran İslam Respublikasının Mədəniyyət Mərkəzinin rəhbəri cənab İbrahim İbrahimli ilə görüşüb. SİA-nın verdiyi məlumata görə, qonağı rəhbərlik etdiyi ali təhsil ocağında qarşıladığı üçün məmnun qaldığını deyib. Söhbət əsnasında ölkələrimiz arasında mövcud əlaqələrin, səmimi münasibətlərin inkişaf etdiyini bildirib. Azərbaycan Turizm və Menecment Universitetinin inkişafını şərtləndirən amillər, xarici əlaqələr, o cümlədən hədəfləri haqqında ətraflı məlumat verib. Rektor C.Cəfərov və cənab İ.İbrahimli hər iki ölkədə turizmin müasir vəziyyəti, inkişaf istiqamətləri və xüsusi ilə təhsil, o cümlədən tələbələrin istehsalat təcrübə semestri ilə bağlı məsələlərə münasibət bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə