“2015 Avroviziya Mahnı Müsabiqəsi”nin açılış mərasimi keçirilib
Avstriyanın paytaxtı Vyanada bu il 60-cı dəfə keçiriləcək 2015 Avroviziya Mahnı Müsabiqəsinin açılış mərasimi təşkil edilib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, tarixi Rataus Meydanında həyata keçirilən mərasimdə, jurnalistlər, turistlər və bölgədə yaşayanlar iştirak edib. 2014 Avroviziya Mahnı Müsabiqəsini qazanan Avstriya nümayəndəsi Konçita Vurst tərəfindən açılan mərasimdə, yarışmaya qatılacaq 40 ölkənin nümayəndələri qırmızı xalça üzərinə çıxıb. Təxminən 40 metr uzunluğundakı qırmızı xalçada şəkil çəkdirən müğənnilər, jurnalistlərə açıqlama verib, pərəstişkarları ilə söhbət ediblər.
Azərbaycan nümayəndəsi Elnur Hüseynov, Anadolu Agentliyinin müxbirinə verdiyi açıqlamasında, Vyanada çox gözəl bir mühitin olduğunu ifadə edib: "Bəxtimin gətirəcəyi təqdirdə birinci olacağıma inanıram. 23 Mayda böyük finalda uğur əldə edəcəyəm".
Qeyd edək ki, Avstriya, Avroviziya Mahnı Yarışmasına 1967-ci ildən sonra ikinci dəfə ev sahibliyi edəcək. Danimarkanın paytaxtı Kopenhagendə keçən il 16 Mayda keçirilən "2014 Avroviziya Mahnı Müsabiqəsi"ni Avstriyanı təmsil edən Konçita Wurst "Rise Like a Phoenix" mahnısıyla qazanmışdı. 2015-ci il Avroviziya Mahnı Müsabiqəsinin ilk yarımfinalı 19 mayda, ikinci yarımfinalı isə 21 Mayda baş tutacaq. Final isə Mayın 23-də keçiriləcək.
Yarışmaya 40 ülkenin katılımı onaylandı. Yarışmaya katılacak ülkeler şöyle: "Danimarka, Hollanda, Litvanya, İrlanda, İsrail, Gürcistan, Ermenistan, Estonya, İtalya, Polonya, İngiltere, Almanya, Finlandiya, Avusturalya, İsviçre, Avusturya, Slovenya, İspanya, İsveç, Çek Cumhuriyeti, Fransa, Macaristan, Belarus, Malta, Makedonya, Rusya, İzlanda, Yunanistan, Belçika, Arnavutluk, Portekiz, Karadağ, Norveç, Sırbistan, Güney Kıbrıs, San Marino, Azerbaycan, Letonya, Moldova ve Romanya."
Müsabiqədə 40 ölkənin iştirakı təstiqlənib. Müsabiqədə iştirak edəcək ölkələrin siyahısı belədir: "Azərbaycan, Danimarka, Hollandiya, Litva, İrlandiya, İsrail, Gürcüstan, Ermənistan, Estoniya, İtaliya, Polşa, İngiltərə, Almaniya, Finlandiya, Avstraliya, İsveçrə, Avstriya, Sloveniya, İspaniya, İsveç, Çex Respublikası, Fransa, Macarıstan, Belarus, Malta, Makedoniya, Rusiya, İslandiya, Yunanıstan, Belçika, Albaniya, Portuqaliya, Çernoqoriya, Norveç, Serbiya, Cənubi Kipr, San Marino, Latviya, Moldova və Rumıniya".
Avstraliyanın ilk dəfə qatılacağı müsabiqədə, Çex Respublikası 5 il fasilədən sonra, Cənubi Kipr və Serbiya isə 1 il fasilədən sonra yenidən qatılacaqlar. Ukrayna isə maliyyə və siyasi səbəblərdən ötəri yarışmaya qatılmayacağını açıqlayıb. Bu il də müsabiqədə yer almayan Türkiyə, 2013 və 2014-cü illərdə də yarışlara qatılmamışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB