Bu gün Azərbaycan Respublikası mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Polşa Respublikasının ölkəmizdəki Səfiri Marek Tsalkanı qəbul edib. SİA-nın verdiyi məlumata görə, nazir Əbülfəs Qarayev Polşa ilə əlaqələrin dostluq münasibətlərinə əsaslandığını qeyd edərək mədəniyyət və turizm sahələrində əməkdaşlığın inkişafı üçün böyük prespektivlərin olduğunu bildirmiş və səfirliyin bu istiqamətdə səylərini alqışladığını diqqətə çatdırıb. Səfir öz növbəsində Nazirliklə intensiv əlaqələrin mövcud olunduğunu və gələcəkdə əməkdaşlığın daha da genişləndiriləcəyinə ümidvar olduğunu qeyd edib.
Görüşdə Azərbaycan ilə Polşanın beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı və iki ölkənin qarşılıqlı olaraq bir-birinə dəstək göstərməsinin vacibliyi vurğulanıb.
Səfir Marek Tsalka qəbula görə nazir Əbülfəs Qarayevə təşəkkür etmiş Azərbaycan-Polşa mədəni əlaqələrinin dinamik prosesinin şahidi olduğundan məmnunluğunu ifadə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB