İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında ölkə prezidentinin Sərəncamına uyğun olaraq teatr xadimləri mükafatlandırılıblar. SİA-nın verdiyi məlumata görə, mükafatlandırılan incəsənət xadimləri arasında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti də var.
Xalq Artistləri Yasin Qarayev, Ağaxan Salmanlı, Əməkdar İncəsənət Xadimi, teatrın baş rejissoru Bəhram Osmanov, Əməkdar Artistlər Kəmalə Hüseynova, Naibə Allahverdiyeva, Nübar Novruzova, Gülər Nəbiyeva, Rahib Əliyev, Şövqi Hüseynov, Qurban İsmayılov səhnə fəaliyyəti ilə seçilən aparıcı incəsənət xadimləri kimi prezidentin mükafatına layiq görülüblər.
Ölkə rəhbərinin hər bir təltifi, Azərbaycan mədəniyyətinə və teatr sənətinə göstərdiyi yüksək diqqət və qayğı bütün teatr kollektivini yeni yaradıcılıq uğurlarına sövq edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB