Bir sıra şirkətlərə lisenziya verilib

Bir sıra şirkətlərə lisenziya verilib

Azərbaycan Respublikası Prezidentinin 02.09.2002-ci il tarixli, 782 nömrəli Fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar"a və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07.11.2002-ci il tarixli, 174 nömrəli və 05.12.2008-ci il tarixli, 271 nömrəli "Fəaliyyət növlərinin xüsusiyyətlərindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər barədə" Qərarlarına uyğun olaraq, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2015-ci ilin aprel ayı ərzində aşağıda adları göstərilən şirkətlərə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilib:

1. "Good Travel" Məhdud Məsuliyyətli Cəmiyyətinə (hüquqi ünvanı: Kürdəmir rayonu, Xırdapay kəndi; 06.04.2015-ci il tarixli, qeydiyyat nömrəsi 468, seriya №-si 083935)

2. "Royal Hotels Group Bakı" Məhdud Məsuliyyətli Cəmiyyətinə (hüquqi ünvanı: Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 1, mənzil 46; 06.04.2015-ci il tarixli, qeydiyyat nömrəsi 469, seriya №-si 083936)

3. "G M Travel" Məhdud Məsuliyyətli Cəmiyyətinə (hüquqi ünvanı: Bakı şəhəri, Xəzər rayonu, Binə ŞTQ, Aviaşəhərcik küçəsi, ev 9, mənzil 8; 07.04.2015-ci il tarixli; qeydiyyat nömrəsi 470, seriya №-si 083937)

4. "Dünya Turizm" Məhdud Məsuliyyətli Cəmiyyətinə (hüquqi ünvanı: Bakı şəhəri, Yasamal rayonu, Firudin Ağayev küçəsi, ev A, 559-cu məhəllə, mənzil 38; 13.04.2015-ci il tarixli; qeydiyyat nömrəsi 471, seriya №-si 083938)

5. "Azər Ko Ltd" Məhdud Məsuliyyətli Cəmiyyətinə (hüquqi ünvanı: Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, ev 24, mənzil 68; 13.04.2015-ci il tarixli; qeydiyyat nömrəsi 472, seriya №-si 083940)

6. "East Gate Travel" Məhdud Məsuliyyətli Cəmiyyətinə (hüquqi ünvanı: Bakı şəhəri, Sabunçu rayonu, Albalı stansiyası, ev 1208 A n-li bağ evi; 22.04.2015-ci il tarixli; qeydiyyat nömrəsi 473, seriya №-si 083941)

7. "Fayton Travel Q.S" Məhdud Məsuliyyətli Cəmiyyətinə (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 131, mənzil 3; 22.04.2015-ci il tarixli; qeydiyyat nömrəsi 474, seriya №-si 083942)

Qeyd edək ki, respublika ərazisində xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərən turizm şirkətlərinin sayı 287-ə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə