“Məktəbimizi tanıdaq” tur-konsert başlayıb

“Məktəbimizi tanıdaq” tur-konsert başlayıb

Bölgələrdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci il dönümü münasibəti ilə silsilə tədbirlər keçirilir. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, Qulu Əsgərov adına Salyan Uşaq İncəsənət məktəbi ulu öndər Heydər Əliyevin anadan olmasının 92 il dönümü münasibəti ilə tur-konsertə start verib.

"Məktəbimizi tanıdaq" adlı layihəyə ilk olaraq Cəlilabad rayonundan başlanılıb. 80 nəfərdən çox heyətlə tur-konsertə başlayan Salyan İncəsənət məktəbinin kollektivi Cəlilabadda klassik və bəstəkar əsərləri, həmçinin xalq mahnıları ifa edib, dinləyicilərə xoş anlar yaşadıblar. Məktəbli rəqqasların çıxışları da yadda qalan olub.

Milli liderin xatirəsinə həsr olunan tur-konserti Biləsuvar, Hacıqabul rayonu və Şirvan şəhərində təşkil edilib. Məktəbli musiqiçilər tur-konsert aksiyasını May ayının əvvəlində Neftçala və Salyan rayonlarında konsert verməklə davam etdirəcəklər.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə