Məlahət Abbasova: "Biz xaricdə yaşasaq da, dövlətimiz dəstəyini əsirgəmir" AÇIQLAMA
Xəbər verdiyimiz kimi, bu gün Muzey Mərkəzində Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə təltif olunmuş mədəniyyət və incəsənət xadimlərinə mükafatları təqdim edilib. Belə ki, "Əməkdar incəsənət xadimi" fəxri adı alanlar arasında sevilən aktrisa Məlahət Abbasova da olub. Sənətçi sevincini SİA ilə bölüşüb.
Bildirib ki, vətəndən uzaqda olmasına baxmayaraq dövlətimiz tərəfindən belə dəyərləndirilmək qürurverici hissdir: "Baxmayaraq ki, bu gün Azərbaycandan uzaqdayam, amma hər zaman qəlbim vətənimlə atır. Mən cənab Prezident İlham Əliyevə və mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə dərin təşəkkür edirəm. Çünki xaricdə yaşayan biri kimi dövlətimizin arxamızda olduğuna sevinirəm. Biz uzaqlarda olmağımıza baxmayaraq, tək deyilik. Xaricdə yaşayıb, ölkəmizin belə bir mükafatını almaq böyük uğurdur. Hazırda Türkiyənin ən böyük teatrlarından birində çalışıram. Onların hər biri məni təbrik edib, söylədilər ki, "Biz qürur duyuruq ki, sizin dövlətiniz öz sənətçisinə bu qədər dəyər verir". Hətta çoxları məni qısqandı. Bildirirdilər ki, mən vətəndə yaşamıram, amma belə bir mükafata layiq görülmüşəm. Təəccüblənirdilər ki, bir dövlət öz sənətçisinin arxasında necə belə sağlam dayana bilər. Bir sözlə, azərbaycanlı olduğum üçün qürur duyuram. Yaşadığım müddətdə, harada olmağımdan asılı olmayaraq, Azərbaycan üçün çox böyük işlər görməyə hazıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB