Turizm portalı təqdim olundu

İsmayıllı Rayon Uşaq Kitabxanasında İsmayıllı Turizm Portalının (http://www.gotoismailli.az) təqdimat mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə, təqdimatda Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm, Rabitə və Yüksək Texnologiyalar Nazirliklərinin əməkdaşları, aidiyyəti idarə-müəssisə rəhbərləri, turizm mərkəzlərinin nümayəndələri iştirak ediblər.

Portalın təqdimatını layihənin rəhbəri Emin Sadıqov təqdim edərək elektron portalda rayonun turizm potensialı tam əks etdirildiyini, rayonda olan turizm üçün əlverişli ərazilərin, turizm obyektlərinin, tarixi və mədəniyyət abidələrinin, sənətkarlıq nümunələri və rayonda istehsal olunan məhsullar haqqında ətraflı məlumat olduğu barədə tədbir iştirakçılarına məlumat verib.

http://www.gotoismailli.az

Bütün xəbərlər Facebook səhifəmizdə