Qadın rolu olmayan tamaşa

Bu gün "Kişilər. Gizli dinlənənlər" tamaşası təqdim ediləcək. SİA-nın verdiyi məlumata görə, qadın rolu olmayan, dostluq və incəsənət haqqında bu qəribə komediya 1994-cü ildə Yasmina Reza tərəfindən qələmə alınıb. Pyes tezliklə 35 dilə tərcümə edilir, ilin sensasiyası adlandırılır və Fransanın ən prestijli Comedie de Champs Elysees teatrında səhnələşdirilir.

Üç dost rollarını Pyer Arditti, Pyer Vanek və Jan Lui Trentinyan ifa edir. 1997-ci ildə isə fransız rejissor Patris Kerbrat İqor Kostolevski, Mixayıl Yanuşkeviç və Mixayıl Filippovla tamaşanın rus variantını səhnələşdirir. O vaxtdan tamaşa ölkənin müxtəlif teatrlarında səhnəyə qoyulub, lakin tənqidçilərin rəylərinə görə ilk ən yaxşı tamaşa olaraq qalır.

Qeyd edək ki, tamaşa 25 aprel, saat 20:00-da Opera və Balet Teatrında nümayiş olunacaq. Biletlərin qiyməti isə 25-75 manat arasında dəyişir.

Bütün xəbərlər Facebook səhifəmizdə