Bu gün Beynəlxalq Mədəniyyət günüdür

Bu gün Beynəlxalq Mədəniyyət günüdür

15 aprel Beynəlxalq Mədəniyyət günü qeyd olunur. SİA-nın verdiyi məlumata görə, bu tarix 15 aprel 1935-ci ildə Vaşinqtonda "Bədii, elmi müəssisə və tarixi abidələrin mühafizəsi qorunması haqqında" imzalanmış müqavilə ilə əlaqədardır. Bu gün beynəlxalq – hüquq təcrübəsində Rerix Paktı kimi də tanınır.

O vaxtdan etibarən dünyanın bir çox ölkəsində 15 aprel Mədəniyyət günü kimi qeyd olunur.

2008-ci ilin dekabırında Rusiya, İtaliya, İspaniya, Arqentina, Meksika, Kuba, Latviya, Litvanın ictimai təşkilatlarının təşəbbüsü ilə 15 aprelin Dünya bayrağı altında Ümumdünya mədəniyyət günü kimi təsdiqi üçün Beynəlxalq hərəkat yarandı.

Ümumdünya mədəniyyət gününün qeyd olunması təklifini ilk dəfə 1931-ci ildə Belçikanın Bryuqqe şəhərində keçirilən konfransda rəssam Nikolay Rerix təklif edib.

Bütün xəbərlər Facebook səhifəmizdə