Caz həvəskarlarına şad xəbər

Aprelin 17-də Bakı Caz Mərkəzində caz həvəskarlarına maraqlı konsert proqramı təqdim olunacaq. SİA-nın məlumatına görə, konsertdə Ülviyyə Rəhimova və "Orient Xpress" qrupu çıxış edəcəklər.

Qeyd edək ki, Azərbaycan Dövlət İncəsənət Universitetinin məzunu Ülviyyə Rəhimova "Bəri bax" qrupunun tərkibində müxtəlif müsabiqə və festivalların iştirakçısı olub. "Eurovision-2010" Mahnı Müsabiqəsinin milli seçim müsabiqəsinin yarımfinal mərhələsinədək irəliləyib və onun ifasında səslənən "İn Love" mahnısı maraqla qarşılanıb.

"Orient Xpress" qrupu isə 2003-cü ildə Bakıda yaradılıb. Yaradıcılıq eksperimentləri üçün müxtəlif musiqi janrlarından istifadə edən qrup 60-dan çox orijinal trek yaradıb.

Bütün xəbərlər Facebook səhifəmizdə