Nazir: "Xalça Muzeyi gecə saat 1-2 iradələrinə qədər çalışacaq"
"Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar bütün muzeylər uzadılmış iş rejimində çalışacaq". SİA-nın verdiyi məlumata görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev media mənsubları ilə görüşdə söyləyib: "Azərbaycan Xalça Muzeyi səhər 10:00-dan gecə saat 1-2 iradələrinə qədər çalışacaq. Hazırda teatrlarda tərcümə sistemi (ingilis və rus dillərində) qurulur, bələdçilər hazırlanır. Nazirlik bununla bağlı "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə əməkdaşlıq edir. Biz Avropa Oyunları ərəfəsində küçələrdə xırda şou və təqdimatlar keçirməyi planlaşdırırıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB