Bu gün M.F.Axunzadə adına Azərbaycan Milli Kitabxanası, AMEA-nın Əlyazmalar İnstitutu və Mərakeş Milli Kitabxanası arasında üçtərəfli əməkdaşlıq memorandumunun imzalanmasına həsr edilmiş tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, Milli Kitabxananın direktoru, professor Kərim Tahirov qonaqları salamlayaraq rəhbərlik etdiyi qurumun 30 ölkənin milli kitabxanaları ilə qarşılıqlı əməkdaşlıq memorandumunun imzalandığını söyləyib. Bildirib ki, bugünkü memorandum 31-ci olacaq.
Sonra tərəflər arasında memorandum imzalanıb.
İmzalanma mərasimindən sonra Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli orta əsrlərdə yazıb-yaradan ədiblərimizin ərəb dilində yazıb-yaratdığını diqqətə çatdırıb.
Alim institutun fondunda 40 mindən artıq nüsxənin olduğunu qeyd edərək bunların içərisində ərəb dilində olanların üstünlük təşkil etdiyini deyib.
Mərakeş Milli Kitabxanasının direktoru, professor Driss Khrouz rəhbərlik etdiyi kitabxana haqqında məlumat verib. Bildirib ki, kitabxananın fondunda bir sıra dillərdə nadir kitablar, mətbuat nümunələri, o cümlədən 30 mindən çox nadir qədim əlyazma var.
Qeyd edək ki, memorandumun şərtlərinə müvafiq olaraq kitab və biblioqrafik resurs, təcrübə mübadilələrinin, seminar və konfransların keçirilməsi, kitab sərgilərinin təşkil edilməsi nəzərdə tutulub. Tədbirdə, həmçinin Azərbaycan Milli Kitabxanasında mövcud olan Mərakeşə aid kitablardan ibarət sərgi açılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB