“Romeo və Culiyetta”

Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının səhnəsində "Romeo və Culiyetta" tamaşası nümayiş olunacaq. SİA-nın verdiyi məlumata görə, tamaşanın quruluşçu rejissoru -Cənnət Səlimova, rəssam -Tumanişvili adına Tbilisi Dövlət Teatrının baş rəssamı -Şota Qlurdcidze, bəstəkar -Firudin Allahverdiyev.

Nəzərinizə çatdıraq ki, baş rollarda xalq artistləri Tariel Qasımov, Ağaxan Salmanlı, Yasin Qarayev, əməkdar artistlər -Naibə Allahverdiyeva, Kubra Dadaşova, Nofəl Vəliyev, Vahid Əliyev, aktyorlar -Kəmalə Hüseynova, Nicat Kazımov, Elnur Hüseynov, Qurban İsmaylov, Elşən Rüstəmov, Elnur Kərimov, rasim Cəfərov və başqaları canlandırırlar.

Qeyd edək ki, tamaşa 5 aprel, saat 19:00-da Gənc Tamaşaçılar Teatrında baş tutacaq. Biletlərin qiyməti 6 manatdır.

Bütün xəbərlər Facebook səhifəmizdə