Əbülfəs Qarayev: "Milli mətbəx brendi təqdim ediləcək"

Əbülfəs Qarayev: "Milli mətbəx brendi təqdim ediləcək"

"Azərbaycanda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən xüsusi milli mətbəx brendi patentləşib". Bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev söyləyib. Bildirib ki, həmin brendi Azərbaycanda I Avropa oyunları zamanı və oyunlardan sonra təqdim ediləcək: "Biz ilkin mərhələdə bir neçə oteldə, sonra isə tədricən bütün otellərdə mütləq şəkildə "Azerbaijan Breakfast" brendini təqdim edəcəyik. Yəni bu iş Azərbaycan mətbəxi bütün qaydaları ilə hazırlanacaq. Bizim ailə-məişət, gündəlik həyatımızı əks etdirməklə yanaşı, Azərbaycan mətbəxini ən dəyərli ənənələrini qorumaqla, yeni müasir şəkildə təqdim etməyi tövsiyə edəcəyik. Ümid edirəm ki, otellərdə sözügedən brend xüsusiləşmiş şəkildə təqdim edəndən sonra həmin otellərin xidmətlərinin keyfiyyətinin artdığını görəcəyik. Azərbaycan mətbəxi zəngin olduğu üçün burada bütün yeməklər təqdim edilməsi hələlik real deyil. Çünki qonaqlar yalnız oteldəki yeməklərlə kifayətlənmir. Qaldıqları otellərdən başqa restoranlarda da yemək yeyirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə