Azərbaycan Respublikası Prezidentinin 02.09.2002-ci il tarixli, 782 nömrəli Fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar"a və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07.11.2002-ci il tarixli, 174 nömrəli və 05.12.2008-ci il tarixli, 271 nömrəli "Fəaliyyət növlərinin xüsusiyyətlərindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər barədə" Qərarlarına uyğun olaraq, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2015-ci ilin mart ayı ərzində aşağıda adları göstərilən şirkətlərə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilib:
1. "Greenvvich Travel Club" Məhdud Məsuliyyətli Cəmiyyətinə (hüquqi ünvanı: Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi, ev 22, mənzil 67; 03.03.2015-ci il tarixli, qeydiyyat nömrəsi 464, seriya №-si 083908)
2. "RSP" Məhdud Məsuliyyətli Cəmiyyətinə (hüquqi ünvanı: Sumqayıt şəhəri, məh.4, ev 14/19, Azərbaycan pr., mənzil 41;12.03.2015-ci il tarixli, qeydiyyat nömrəsi 465, seriya №-si 083909);
3. "Bakıtrans" Məhdud Məsuliyyətli Cəmiyyətinə (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr-ti, ev 54, mənzil 14; 18.03.2015-ci il tarixli,qeydiyyat nömrəsi 466, seriya №-si 083910);
4. "Eden travel" Məhdud Məsuliyyətli Cəmiyyətinə (hüquqi ünvanı: Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə, ev 10;30.03.2015-ci il tarixli, qeydiyyat nömrəsi 467, seriya №-si 083911);
Qeyd edək ki, respublika ərazisində xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərən turizm şirkətlərinin sayı 282-yə çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB