"Kırım" qəzeti Fikrət Qocadan yazıb

"Kırım" qəzeti Fikrət Qocadan yazıb

Kırımda nəşr edilən "Kırım" qəzeti xalq şairi Fikrət Qocanın yaradıcılığını işıqlandırıb. Yazıçılar Birliyindən SİA-ya verilən məlumata görə, "Azərbaycan xalq şairi Fikrət Qoca 80 yaşında" başlığı altında dərc edilən məqalə xalq şairinin 80 illik yubileyinə həsr edilib. Qəzetdə xalq şairi haqqında geniş məlumat və kırım-tatarcaya tərcümə edilmiş on şeir yer alıb.

Qeyd edək ki, şeirləri kırımtatarcaya İlqar Qasımov çevirib.

Bütün xəbərlər Facebook səhifəmizdə