Aprelin 13-dən 19-dək "Natavan Gallery"də gənc rəssam Aysel Abdullazadənin "Yaz dirçəlişi" adlı sərgisi təqdim ediləcək. SİA-nın verdiyi məlumata görə, sərgidə rəssamın kvilling texnikasıyla hazırladığı işlər nümayış olunacaq.
Kvilling - rəngli kağız zolaqlarından müxtəlif rəsm əsərləri, heykəllərin yaradılması ilə məşğul olan bir incəsənət növüdür. Bu sərgidə qonaqlar A.Abdullazadənin yaza gülümsəyərək oyanan rəngarəng "kağız dünyası" ilə tanış ola bilərlər.
Belə incəsənət növü XIV əsrin sonu XV əsrin əvvəllərində Aralıq dənizi ətrafında yerləşən Avropa ölkələrində ortaya çıxıb. Hesab olunur ki, kvilling monaxlar tərəfindən icad olunub. Belə ki, onlar zərli kitab kənarlarını kəsərək quş lələyi kimi qatlamaqla qızıl miniatür imitasiyalar yaradıblar. Quill-ingiliscədən tərcümədə "quş lələyi" deməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB