Bayram Moskvada da qeyd edildi

Rusiyanın paytaxtı Moskva şəhərinin Lujniki olimpiya kompleksinin ərazisində yerləşən Mərkəzi dövlət konsert zalında "Novruz 2015" adlı tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə 14 ölkə, o cümlədən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ölkəmizin incəsənət ustalarından ibarət heyyət təmsil olunub. Qeyd olunan tədbirdə Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının muğam üçlüyü, respublikanın əməkdar mədəniyyət işçisi Elçin Abbasov (tar), Fariz Hüseynov (kamança), Elnur Rəhimov (nağara), solistlər beynalxalq və respublika muğam müsabiqələrinin qalibləri Ehtiram Hüseynov və Nigar Şabanova geniş konsert proqramı ilə çıxış ediblər. Belə beynalxalq tədbirlərin həyata keçirilməsi mədəniyyətlərin və sivilizasiyaların yaxınlaşması baxımından olduqca təqdirəlayiqdir.

Bütün xəbərlər Facebook səhifəmizdə