2 günlük təlim proqramı keçiriləcək

2 günlük təlim proqramı keçiriləcək

İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) Layihə Dövriyyəsinin İdarəedilməsi sistemi çərçivəsində 2-ci layihə çağırışına əsasən Mədəniyyət və Turizm Nazirliyinin "Ümumi Mədəni İrs Şəhərlərinin Təbliği" layihəsi qalib gəlmiş və Komitənin təqdim etdiyi qranta layiq görülüb. SİA-nın verdiyi məlumata görə, bununla əlaqədar olaraq, 30-31 mart 2015-ci il tarixində Türkiyənin Ankara şəhərində qalib gəlmiş layihələr üzrə məsul şəxslərin iştirakı ilə keçiriləcək Saziş İmzalama Mərasimi və layihələrin əlaqələndirici şəxsləri və koordinatorları üçün 2 günlük təlim proqramında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun böyük məsləhətçisi Məleykə Hüseynova və "Ümumi Mədəni İrs Şəhərlərinin Təbliği" layihəsinin koordinatoru Gülnar Zeynalova iştirak edəcək.

İmza mərasimində Layihə sahibləri ilə Türkiyənin İnkişaf Bankı arasında Fəaliyyət və Maliyyə Sazişi imzalanacaqdır. Təlim proqramında isə layihələr üzrə əlaqələndirici şəxslər və koordinatorlar üçün layihələrin idarə edilməsi, monitorinq və hesabat prosesləri barədə məlumatların verilməsi və praktiki məşğələlərin keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, layihə daha əvvəl Komitənin maliyyə dəstəyi ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilmiş "Ümumi Mədəni İrs Şəhərləri" beynəlxalq arxeoloji turizm layihəsinin nəticəsi olaraq yaradılmış və 4 ölkədə (Türkiyə, Azərbaycan, Qazaxıstan və Özbəkistan) ortaq tarixi irsə malik bölgələri birləşdirən beynəlxalq arxeoloji turizm marşrutunun, həmçinin bu bölgələrin mədəni-tarixi irsinin və turizm potensialının təbliğini nəzərdə tutur.

Bütün xəbərlər Facebook səhifəmizdə