ATMU ilə Auditorlar Palatası arasında saziş imzalanıb

ATMU ilə Auditorlar Palatası arasında saziş imzalanıb

Bu gün Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) ilə Auditorlar Palatası arasında əməkdaşlığa dair saziş imzalanıb. SİA-nın verdiyi məlumata görə, bu münasibətlə universitetdə təşkil edilən tədbirdə çıxış edən ATMU-nun rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov sazişin maliyyə, mühasibat uçotu, audit və turizm sahəsində dünyanın qabaqcıl ölkələrinin təcrübəsini ümumiləşdirmək, ölkənin gələcək inkişafı naminə daha peşəkar mütəxəssis yetişdirmək məqsədilə imzalandığını diqqətə çatdırıb.

Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov iki qurum arasında auditor inkişafı istiqamətində ünasibətlərin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, tədbir çərçivəsində "Azərbaycanda audit fəaliyyəti və bu sahədə kadr hazırlığına tələblər" mövzusunda ilk birgə seminar keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə