Caz ustaları Londonda konsert proqramı ilə çıxış ediblər

Caz ustaları Londonda konsert proqramı ilə çıxış ediblər

"Buta" İncəsənət Mərkəzinin təşkilatçılığı ilə Londonda keçirilən ikinci Beynəlxalq "Buta" Azərbaycan incəsənəti festivalı çərçivəsində "Ronnie Scott`s" caz klubunda "Cazərbaycan" adlı konsert gecəsi keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə tanınmış azərbaycanlı caz ustaları Əminə Fiqarova və İsfar Sarabski konsert proqramı ilə çıxış ediblər.

Qeyd edək ki, tədbirdə Ə.Fiqarovanın rəhbərlik etdiyi "Əminə Fiqarova seksteti"nin və İ.Sarabskinin rəhbərlik etdiyi "İsfar Sarabski trio"sunun ifasında Azərbaycan və Qərb cazından kompozisiyalar səsləndirilib.

Məlumat üçün bildiririk ki, Pianoçu və bəstəkar İsfar Sarabski və Əminə Fiqarova caz kompazisiyalarında muğam elementlərindən tez-tez istifadə edir və hazırda ən dinamik inkişafda olan Azərbaycan caz musiqiçiləridir.

Bütün xəbərlər Facebook səhifəmizdə