Özbək mətbuatı sazdan yazdı

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Özbəkistanın "silkway.uz" və "uchildiz.uz" xəbər saytlarında Azərbaycanın simli musiqi aləti - Saz haqqında məqalələr verilib. SİA-nın verdiyi məlumata görə, Azərbaycanın xalq musiqi ənənələri, qədim musiqi alətləri sırasında sazın özünəməxsus yer tutduğunu bildirən məqalə müəllifi, saz musiqi aləti ilə Azərbaycanda aşıqların ifa etdiyini yazır.

Məqalələrdə qeyd edilir ki, muğamla yanaşı, aşıq sənəti də zəngin və çoxşaxəli ənənələrə malikdir, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2009-ci ildə Azərbaycanın aşıq sənəti YUNESKO-nun bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ siyahısına daxil edilib.

Saz, musiqi alətinin orta əsrlərdə klassik azərbaycan poeziyasında geniş yayılması, Azərbaycan ədəbiyyatnın tanınmış şairləri - Nizami Gəncəvi, Xəqani Şirvani, Şah İsmayıl Xətainin əsərlərində bu alətin tərənnüm edildiyi məqalələrdə öz əksini tapıb.

Məqalədə sazın hazırlanma metodu, onun detalları, habelə Azərbaycanda keçirilən Beynəlxalq Aşıq Festivalı haqqında məlumat verilir.

Festivalın əsas məqsədinin aşıq sənətinin beynəlxalq aləmdə tanıdılması, təbliği, Azərbaycanla yanaşı bu janrın ustadlarının digər ölkələrdə də üzə çıxarılması, onların birgə çıxışının təşkilidir.

Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə keçirilən Festivalda Azərbaycan aşıqları ilə yanaşı, Özbəkistan, Türkiyə, İran, Gürcüstan, Qırğızıstan və digər ölkələrin aşıqlarının Festivala qatıldıqları qey olunur.

Məqalələrin tam versiyası ilə http://www.silkway.uz/newsmore/5948, http://uchildiz.uz saytlarında tanış olmaq mümkündür.

Qeyd edək ki, məqalələr Azərbaycanın Özbəkistandakı Səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin elan etdiyi "Özbək mətbuatında "Azərbaycan haqqında ilin ən yaxşı məqaləsi" müsabiqəsinə "Azərbaycanın qeyri-maddi mədəni irsi" nominasiyası üzrə təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə