"Avropa Oyunları keçirilənə qədər qonaqların yerləşdiriləcəyi məkanlarda monitorinqlər keçirilir". Bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev söyləyib. Bildirib ki, qonaqların təhlükəsizliyi baxımından Nazirliyin öhdəsinə düşən vəzifələr tam nəzarətdədir: "Keyfiyyət, qida təhlükəsizliyi baxımından bütün sahələr ciddi nəzarət olunur. Bunu təkcə biz deyil, müvafiq dövlət orqanları da keçirir. Əsas məqsədimiz ondan ibarətdir ki, Azərbaycana gələcək bütün qonaqlar ölkəmizdən yalnız xoş təəssüratlarla qayıtsın. Ona görə də biz qidanın keyfiyyətsiz, xidmətin pis olmasına imkan verməməliyik. Buna görə də həm beşulduzlu, həm də üçulduzlu otellər qiymət və xidmət baxımından şərtlərə əməl etməlidirlər. Azərbaycana müxtəlif təbəqəli turistlər gəldiyi üçün üçulduzlu otellər fəaliyyət göstərməlidir. Hesab edirəm ki, onların xidməti də üçulduzlu otel səviyyəsində olur. Bu o demək deyil ki, dörd və ya beşulduzlu otellərdən pisdir. Düşünürəm ki, üçulduzlu oteldə qalmaq istəyən qonaqlar verdiyi vəsaitin qarşılığında o, şərtlərlə razılaşdığı xidməti əldə edəcək".
Nazir həmçinin dolların məzənnəsinin qalxmasının otel və təyyarə bilet qiymətlərinə nə kimi təsiri olacağını da açıqlayıb. Bildirib ki, manatla işləyən otellərin qiymətlərində heç bir dəyişiklik olmayıb: "Dollarla işləyən otellərin qiyməti də olduğu kimi qalır. Bu, beynəlxalq təcrübədir və buna təəssüflənməyə ehtiyac yoxdur. Ancaq Beynəlxalq Aviasiya şirkətlərində vahid tarif siyasəti var. Bu tariflənmə siyasəti Avro ilə Azərbaycanda keçirilir. Ona görə də manatın məzənnəsi düşsə də, Avronun məzənnəsində heç bir dəyişiklik olmayıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB