"Dəmir uşaq heykəlinin antik dövrə aid olduğu məlum deyil” AÇIQLAMA

"Dəmir uşaq heykəlinin antik dövrə aid olduğu məlum deyil” AÇIQLAMA

"Füzuli rayonunun Bala Bəhmənli kənd qəbiristanlığında antik dövrə aid dəmir uşaq heykəli tapıldığı haqda xəbər yayılıb. Lakin həmin heykəlin hansı şəraitdə kim tərəfindən tapıldığı, doğurdan da antik dövrə aid olduğu məlum deyil". Bunu SİA-ya açıqlamasında Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini Nəcəf Müseyibli söyləyib.

Bildirib ki, sözügedən materialı hələ ki, görməyib: "Hesab edirəm ki, arxeoloqlar tərəfindən sözügedən heykəlin haradan tapıldığı yerə baxış keçirilməlidir. Yalnız bundan sonra onun həqiqətən antik dövrə aid olduğu aşkara çıxar. Dəmir uşaq heykəlini fotolardan gördüyümüz üçün konkret nə isə demək olmaz. Yalnız o baxılmalı, hətta lazım gələrsə metal tərkibi analiz edilməlidir. Daha sonra onun tarixi material olub-olmadığı deyilə bilər. Düşünürəm ki, onu tapan şəxs qanunvericiliyə uyğun olaraq müvafiq qurumlara təqdim etməlidir. Çünki arxeologiya praktiki elm olduğuna görə, həmin əşyanı görməliyik. Daha sonra cəmiyyətə düzgün məlumatı çatdırmalıyıq".

Bütün xəbərlər Facebook səhifəmizdə