2015-ci il Buta Festivalı çərçivəsində Londonda nümayiş olunacaq Elçin Əfənfiyevin qələmə aldığı maraqlı tamaşaya Metyu Quld rejissorluq edəcək. SİA-nın xəbərinə görə, "Testbed1"də tamaşaya qoyulacaq pyesdə televiziya ulduzları Kris Simmons və Tanya Frenks 11 nəfərlik aktyor heyətinin başında durur. Pyes Londonda 2015-ci il, 25 fevral - 3 mart tarixlərində Battersea, "Testbed1"də tamaşaya qoyulacaq.
Teleskopun ingilis dilində ilk səhnələşdirilməsi bu ayın sonunda Metyu Quldun rejissorluğu ilə immersiv tamaşa formasında keçiriləcək.
Tamaşa "Battersea"də "Testbed1"in xatirələr doğuran səhnəsində qoyulacaq. Bu keçmiş Viktoriyan süd fabriki çox məhdud sayda tamaşa ilə təqdim ediləcək bu unikal Azərbaycan pyesinə ev sahibliyi edəcək. Dünyanın müxtəlif guşələrində başqa dillərdə tamaşaya qoyulmuş pyesin Böyük Britaniya tərtibatında baş rolları tanınmış Britaniya aktyorları Kris Simmons və Tanya Frenks ifa edəcək.
Elçinin acılı-şirinli satirası bizlərə öldükdən sonra cənnətə gedən yolun yarısında qalmış bir insandan bəhs edir. O, mələk-məmurların idarə etdiyi və sonuncu səyahətlərini səbirlə gözləyən digər ruhlarla dolu Cənnətə gedən Yol Stansiyasına düşür. Keçmiş sevgilisinin ruhunun köməyi ilə sistemdən baş çıxarmağa çalışan kişi bu dünyada qoyub gəldiyi ailəsi və dostlarına - onların özü haqqında həqiqi düşüncələrinə göylərdən baxmaq üçün qeyri-adi bir imkan əldə edir və bu zaman özü haqqında çox mühüm həqiqətləri aşkar edir.
Azərbaycanın ən tanınmış dramaturqlarından biri olan Elçin müasirliyin üzərimizdə olan təzadlı təsiri haqqında cəlbedici və çoxqatlı müşahidələrini qeyd edir. Onun xarakterik qəhrəmanları çox vaxt Sovet dövrü və hətta fantastika pərdəsi altında müasir Azərbaycan ruhunu təcəssüm etdirir. Teleskop Elçinin sərrast və eyni zamanda incə satirik üslubunun bütün əlamətlərini özündə birləşdirir.
"The Bill"də konstebl Mikki Uebb rolunda oynamış Kris Simmons "Kişi" rolunu ifa edəcək. "Casualty" və "Doctors"da baş rolları ilə tanınmış Kris həmçinin "EastEnders"də Mark Qarland rolunda da çıxış edib.
"Qadın" rolu ilə Krisin əksini ifa edən Tanya Frenks "Broadchurch", "Pulling", "The Bill"də baş rollarda çəkilmiş və "EastEnders"də Reyni Kross rolu ilə məşhurlaşıb.
Aktyor heyəti Kris Simmons, Tanya Frenks, Co Eyr, Serxio Kovino, Anna Darvas, Pol Brennan, Reyçel Esposti, Amanda Rid, Eliot Bornman, Felisiti Colli və Hanna Genesiusdan ibarətdir.
Tamaşa Azərbaycan mədəniyyəti və incəsənətinin tanınması məqsədi daşıyan Buta Festivalının zəngin qrafiki çərçivəsində səhnələşdirilir. 2015-ci il Buta Festivalı Azərbaycan incəsənətinə Londonda açılan bir pəncərə olaraq, bizdə maraq doğuran ölkəyə tam fərqli bir baxış üçün əla imkandır.
Festival haqqında daha ətraflı məlumat almaq üçün www.butafestival.com saytına nəzər salın. Buta haqqında yenilikləri "Facebook", "Twitter" və "Instagram" – "butafestival"da tapmaq mümkündür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB