Bişkekdə Novruz bayramı keçiriləcək

Bişkekdə Novruz bayramı keçiriləcək

Azərbaycan Respublikasının Qırğızıstan Respublikasındakı Səfirliyinin təşəbbüsü ilə martın 17-də Bişkek şəhərində Kalıy Moldobasanov adına Qırğız Milli Konservatoriyasında Novruz bayramına həsr olunmuş tədbir keçiriləcək. SİA-nın verdiyi məlumata görə, tədbirdə xalq artistləri, xanəndə Mələkxanım Əyyubova, tarzən Möhlət Müslümov və kamançaçı Fəxrəddin Dadaşovun iştirakı nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə