Bu günün tarixi

Miladi: 18 fevral 2015

Hicri: 28 rəbiul axir 1436

İlin 49-ci günü

İlin sonuna 316 gün qalır

Bu günün namaz vaxtları

Fəcr – 06:21

Günəş – 07:31

Zöhr – 12:58

Əsr – 16:17

Məğrib – 18:31

İşa – 19:48

1405-ci ildə Böyük sərkərdə Əmir Teymur vəfat edib

1451-ci ildə Fateh Sultan Mehmet ikinci dəfə taxta çıxıb

1516-cı ildə İngilis kraliçası Mariya Tüdor dünyaya gəlib

1546-cı ildə Alman teoloq Martin Lüter vəfat edib

1564-cü ildə İtalyan memar Mikelancelo vəfat edib

1745-ci ildə İtalyan fizik Alessandro Volta dünyaya gəlib

1855-ci ildə Rus imperatoru II Aleksandr taxta çıxıb

1895-ci ildə Qəzəlxan Əliağa Vahid (Əliağa Məmmədqulu oğlu İsgəndərov) dünyaya gəlib

1913-cü ildə Reymon Puankare Fransa prezidenti seçilib

1921-ci ildə Azərbaycan Kommunist Partiyasının III qurultayı başa çatıb

1922-ci ildə Tiflisdə Zaqafqaziya Kommunist təşkilatlarının I qurultayı başlayıb

1924-cü ildə Əməkdar artist Osman Hacıbəyov anadan olub

1926-cı ildə Rus şair Vladimir Mayakovski Bakıya gəlib

1926-cı ildə Yukatan yarımadasında qədim mayyalılara aid 5 şəhərcik aşkar edilib

1929-cu ildə Moskva rəhbərliyinin qərarı ilə Naxçıvan Muxtar Respublikasına məxsus olan 657 kv.km ərazi – Qurdbulaq, Hörədiz, Oğbun, Almalı, İtqıran, Sultanbəy, Qarsevən, Kilid və digər kəndlər, həmçinin Zəngilan rayonunun Nüvədi kəndi, Qazax rayonunun 4400 hektarlıq meşə sahəsi Ermənistana verilib

1931-ci ildə şair dramaturq Nəriman Həsənzadə dünyaya gəlib

1937-ci ildə İstanbulda eşşəklərin hərəkəti qadağan edilib

1952-ci ildə Türkiyə ilə Yunanıstan NATO üzvlüyünə qəbul olunmuşlar. Kipr və Egey dənizi məsələlərində aralarında mübahisə olan iki dövlətin eyni vaxtda alyansa qəbulu NATO-nun prinsipial mövqeyi idi.

1965-ci ildə Böyük Britaniyanın Afrikadakı müstəmləkəsi olan Qambiya dövlət müstəqilliyini elan edib

1967-ci ildə ABŞ atom bombasının "atası"Robert Oppenheymer vəfat edib

1979-cu ildə Böyük Səhraya qar yağması bütün dünyada maraq oyadıb

1988-ci ildə Boris Yeltsin Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd vəzifəsindən azad olunub, Rusiya demokratlarının liderinə çevrilən Yeltsinin Qorbaçovla hakimiyyət uğrunda mübarizəsi başlayıb

1990-cı ildə Ermənilərin Yevlax-Laçın yolunun 105-ci km-də "Şuşa-Bakı" marşrutu ilə hərəkət edən avtobus partlatması nəticəsində çox sayda insan həlak olub

1993-cü ildə Türkmənistan prezidenti Saparmurad Niyazov (Türkmənbaşı) küçələrə onun adının verilməməsi barədə göstəriş verib

2004-cü ildə İranda kimyəvi maddələr daşıyan qatarın partlaması nəticəsində 5 kənd dağılıb və 320 nəfər həlak olub

2008-ci ildə Türkiyə Kosovonun müstəqilliyini tanıyıb

2009-cu ildə "Bakı İslam mədəniyyətinin paytaxtı – 2009" tədbirləri təntənəli mərasimlə açılıb

Bütün xəbərlər Facebook səhifəmizdə