Azərbaycanda fəaliyyət göstərən Türkiyənin çox sevilən opera müğənnisi Oya Ergün 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə geniş konsert proqramı ilə çıxış edəcək. SİA-nın verdiyi məlumata görə, konsertdə Azərbaycan orkestrinin müşayiəti ilə mahnılar ifa edəcək müğənni səhnəni Türkiyədən gələcək musiqiçi ilə bölüşəcək.
Qeyd edək ki, martın 5-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında reallaşacaq konsert "Azərbaycan qadınlarına hədiyyə" adlanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB