“Əli və Nino” filminə daha bir aktyor çəkiləcək

“Əli və Nino” filminə daha bir aktyor çəkiləcək

Britaniyanın "PeaPie Films" kino şirkəti tərəfindən Qurban Səidin "Əli və Nino" əsəri əsasında çəkilən filminə daha bir tanınmış aktyor qoşula bilər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, amerikalı aktyor Mendi Patinkin "Əli və Nino" əsəri əsasında çəkiləcək filmdə rol alması ilə bağlı danışıqlar yekun mərhələdədir.

Filmin icraçı prodüseri Leyla Əliyeva, ssenari müəllifi Kristofer Hempton, prodüseri Kris Tiker, rejissoru isə Asif Kapadiyadır.

Artıq filmdə baş rolların ifaçıları məlumdur. Belə ki, kinoəsərdə Əlixan Şirvanşir obrazını Adam Bakri, Ninonu isə məşhur ispaniyalı aktrisa Mariya Valverde canlandıracaq.

Qeyd edək ki, filmin çəkilişlərinə bu ilin fevral və mart aylarında Bakıda və İstanbulda başlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə