“Ustad dərsləri” keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Səda" Tədris Teatrında Universitetin Tərbiyə və Humanitar İşlər Üzrə Prorektoru, professor Gülşən Əliyeva-Kəngərlinin "Rejissor sənəti" fakültəsinin təcrübəçi tələbələri ilə görüşü keçirilib. SİA-nın verdiyi məlumata görə, görüş ustad dərsi formasında təşkil olunub, əsas mövzu ədəbi materialın teatr səhnəsində bədii materiala çevrilməsi olub. İnteraktiv şəkildə keçən dərsdə sözdən, onun mahiyyəti, qüdrəti və təsir qüvvəsi haqqında söhbət aparılıb, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundov, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə və dünya ədiblərinin əsərlərinin səhnələşdirilməsi barədə geniş məruzə edilmiş, tarixi və bədii məsələlər barədə maraqlı faktlardan bəhs edilib.

Qeyd edək ki, görüşün sonunda təcrübəçi tələbələri maraqlandıran suallar cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə