Əməkdar artist: "Aktyor kimi formalaşmağımda onun böyük rolu var" AÇIQLAMA

Əməkdar artist: "Aktyor kimi formalaşmağımda onun böyük rolu var" AÇIQLAMA

"Mənim bir aktyor kimi sevilməyimdə və formalaşmağımda Vaqif Səmədoğlu dramaturgiyasının böyük rolu olub". Bunu SİA-ya açıqlamasında S.Məmmədovun özü söyləyib.

Hazırda Vaqif Səmədoğlunun əksər pyeslərinin tamaşalarında rol aldığını deyən əməkdar artist obrazları haqqında da məlumat verib: "Hazırda "Generalın son əmri" tamaşasında rol almışam. Bu, qeyri-adi pyesdir. Tamaşada həm poetik yumor, həm də epik təzahür var. Sözügedən tamaşa Vaqif Səmədoğlunun şəxsiyyətindən gələn fəlsəfi düşüncələri özündə əks etdirir. Burada içkiyə düşkün bir obrazda çıxış edirəm. Lakin orada işlədilən sözlərin hər biri yadda qalan, fəlsəfi düşüncəyə malikdir. Bundan əlavə, Vaqif Səmədoğlunun pyesi əsasında çəkilən "Yumurta" filmində də rol almışam. Ümumiyyətlə Vaqif Səmədoğlunun pyeslərində rol almaq mənim üçün xoşdur. Həmin tamaşalarda izləyicilərlə ünsiyyətə girmək daha san olur. Ümumiyyətlə mənim aktyor kimi sevilməyimdə və formalaşmağımda Vaqif Səmədoğlu dramaturgiyasının böyük rolu olub".

Bütün xəbərlər Facebook səhifəmizdə