Röya Tağıyeva “Şöhrət” ordeni ilə təltif edilib

Röya Tağıyeva “Şöhrət” ordeni ilə təltif edilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev R.S.Tağıyevanın "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. SİA-nın verdiyi məlumata görə, Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan dekorativ-tətbiqi sənətinin inkişafında xidmətlərinə görə Röya Seyfəddin qızı Tağıyeva "Şöhrət" ordeni ilə təltif edilsin".

Bütün xəbərlər Facebook səhifəmizdə