Görkəmli şərqşünas-alim, professor Aida İmanquliyevanın "Yeni ərəb ədəbiyyatının korifeyləri" adlı kitabı macar dilinə tərcümə olunub. SİA-nın verdiyi məlumata görə, kitab Macarıstanın nüfuzlu "Harmattan" nəşriyyatında görkəmli alimin anadan olmasının 75 illiyi ilə əlaqədar hazırlanıb. Kitabda şərqşünas-alimin həyat və yaradıcılığından geniş bəhs olunur.
Qeyd edək ki, kitab Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyinin təşəbbüsü ilə nəşr olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB