AZTA ilə “Şahdağ” turizm kompleksi birgə monitorinqlər keçirir

AZTA ilə “Şahdağ” turizm kompleksi birgə monitorinqlər keçirir

"Şahdağ" turizm kompleksinə turizm şirkətləri vasitəsilə səfər edən turistlərin təhlükəsizliyinin təmin olunması, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin xüsusi razılığı (lisenziyası) olmadan fəaliyyət göstərən tuzim şirkətlərinin qanunsuz turlarının qarşısının alınması və kompleksə gələn turistlərin bu sahədə maarifləndirilməsi üçün Azərbaycan Turizm Assosiasiyası ilə "Şahdağ" turizm kompleksi birgə monitorinqlərə başlayıb.

Monitorinqlər zamanı qanunsuz fəaliyyət göstərən iki turizm şirkəti tərəfindən kompleksə kommersiya xarakterli turların təşkil olunması halları müşahidə olunub. Bununla yanaşı, avtobuslar vasitəsilə özfəaliyyət formasında turist qrupları yığaraq turlar təşkil olunur.

Yuxarıda qeyd olunan xoşagəlməz halların qarşısının alınması və "Şahdağ" turizm kompleksinə səfər zamanı təhlükəsizliyin təmin olunması məqsədilə həm Azərbaycan, həm də xarici vətəndaşlardan xahiş olunur ki, səfər zamanı turlar təşkil edən şirkətlərdən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən verilmiş xüsusi razılığı (lisenziyanı) tələb etsinlər.

Nəzərinizə çatdıeaq ki, monitorinqlər qış turizm mövsümündə davam etdiriləcək və belə hallar aşkar edildiyi təqdirdə müvafiq qanunvericiliyə uyğun olaraq tədbirlər görüləcək.

Qeyd edək ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən xüsusi razılıq (lisenziya) verilmiş turizm şirkətlərinin siyahısı ilə www.azerbaijan.travel internet saytı vasitəsilə tanış ola bilərsiz.

Bütün xəbərlər Facebook səhifəmizdə