“O bir qəhrəman”

AybKitab və kitabevim.az saytının təşkilatçılığı ilə yazıçı, jurnalist Gülşən Behbudun aybKitab layihəsi çərçivəsində nəşr edilmiş "O bir qəhrəman" kitabının imza günü keçirilib. Yazıçılar Birliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbirdə tanınmış qələm adamları, jurnalistlər, yazıçı və şairlər çıxış ediblər.

Kitab Azərbaycanın igid oğlu İbad Hüseynlinin həyatından bəhs edir. Kitabda müxtəlif tanınmış insanların İbad Hüseynli haqqında məqalələrinə də yer verilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin Mətbuat Xidmətinin və aybKitab layihəsinin rəhbəri Xəyal Rza aybKitab layihəsi və yeni nəşr edilmiş "O bir qəhrəman" kitabı haqqında danışıb.

Sonra söz kitabın müəllifi Gülşən Behdbuda verilib. Gülşən xanım İbad Hüseynlinin qəhrəmanlığından, kitabda məqalələri yer almış müəlliflərin İbad Hüseynli haqqındakı fikirlərindən söz açıb.

Qeyd edək ki, Gülşən Behbud iştirakçılar üçün kitabları imzalayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə