Nazir Şabranda vətəndaşları qəbul edəcək

Nazir Şabranda vətəndaşları qəbul edəcək

Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev 2015-ci ilin yanvar ayının 22-də saat 11:00-da Şabran şəhərində Heydər Əliyev Mərkəzində Şabran, Xaçmaz, Quba, Qusar və Siyəzən rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs- Regionlarla iş sektorunun müdiri- Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə