Yasamal rayonundakı 117 nömrəli uşaq bağçasında "Qış nağılı uşaqların gözü ilə" adlı sərgi keçirilib. SİA-nın verdiyi məlumata görə, sərgidə bu məktəbəqədər təhsil ocağının yetirmələrinin tərbiyəçilərin və valideynlərin köməyi ilə Yeni il mövzusunda hazırladıqları dekorativ əl işləri nümayiş etdirilib.
Uşaq bağçasının müdiri Solmaz Hacıyeva bildirib ki, bu, bağçada təşkil edilən ikinci sərgidir. Məktəbəqədər yaşda olan uşaqların təlim-tərbiyəsi üçün bağçada hər cür şərait yaradılıb.
Sonra sərgi ilə tanışlıq olub. Parlaq və rəngbərəng dekorativ əl işləri təqdim olunub. Uşaq bağçasının tərbiyəçiləri Elnarə Mustafazadə, Dilşad Əliyeva, valideynlər komitəsinin üzvləri Aysel Əşrəfli və Lamiyə Adıgözəlova uşaqlara fəxri fərmanlar və hədiyyələr təqdim ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB