Yanvarın 14-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil muzeyində "Rast. Niyazi" filminin çəkiliş qrupunun üzvləri ilə görüş olacaq. SİA-nın verdiyi məlumata görə, görüş zamanı çəkiliş qrupunun üzvləri çəkiliş prosesindən və yaradıcılıq planlarından danışacaqlar.
Tədbir zamanı Türkiyə və Rusiyadan gətirilib, filmdə istifadə olunan materiallar əsasında slayd-şou nümayiş olunacaq.
Sonra Niyazinin əsərlərindən fraqmentlər səsləndiriləcək, həmçinin qonaqlara "Rast. Niyazi" sənədli filmi nümayiş olunacaq.
Qeyd edək ki, 2014-cü il dekabrın 18-də Bakıdakı Beynəlxalq Muğam Mərkəzində Azərbaycanın görkəmli dirijoru və bəstəkarı, SSRİ xalq artisti, Dövlət və Beynəlxalq mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı Niyazi Tağızadə-Hacıbəyova həsr olunmuş "Rast. Niyazi" sənədli filminin təqdimatı olub.
Filmin ssenari müəllifi İntiqam Qasımzadə, rejissoru Nonna Müzəffərova, operatoru Əməkdar İncəsənət Xadimi Yuri Varnavski, icraçı prodüseri Əlibala Rəhimovdur.
Filmin bədii rəhbəri Azərbaycanın xalq artisti, kinorejissor Eldar Quliyevdir.
Qeyd edək ki, filmdə SSRİ xalq artistləri Tamara Sinyavskaya, Fərhad Bədəlbəyli, Azərbaycanın xalq artisti Yalçın Adıgözəlov, xalq yazıçısı Anar, digər mədəniyyət və incəsənət xadimləri çəkiliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB