Azərbaycan Bəstəkarlar İttifaqı nəzdində fəaliyyət göstərən "Simfoniyetta" orkestrinin konserti keçiriləcək. SİA-nın verdiyi məlumata görə, konsrtin dirijoru beynəlxalq müsabiqə laureatı C.Tağızadə. Konsertin proqramına S.Prokofyevin "Romeo və Cülyetta", Q.Qarayevin "Leyli və Məcnun", S.Hacıbəyovun "Karvan" simfonik əsərləri daxildir.
Qeyd edək ki, konsert dekabrın 25-i, saat 19:00-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB